YAP-dan daha bir Elza açıqlaması: - “Partiyadan çıxarılma məsələsinə ...”

12-10-2015, 21:43           
YAP-dan daha bir Elza açıqlaması: - “Partiyadan çıxarılma məsələsinə ...”
Yeni Azərbaycan Partiyası noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkilərində namizədlərinin siyahısını ictimaiyyətə açıqlamamışdan öncə belə bir bəyanat vermişdi: “Hakim Yeni Azərbaycan Partiyasının rəsmi şəkildə irəli sürdüyü deputatlığa namizədlərə alternativ olaraq seçkiyə qatılan YAP üzvləri partiyadan çıxarılacaq”.
YAP üzvü, bəstəkar-müğənni Elza Seyidcahan isə öz təşəbbüsü ilə 54 saylı- Şabran-Siyəzən Seçki Dairəsindən namizədliyini irəli sürüb və qeydə alınaraq təbliğat-təşviqat kampaniyasına başlayıb.

Belə olduğu halda partiya E.Seyidcahanın bu hərəkəti ilə bağlı hansı cəza tədbiri görəcək?

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov AzNews.az-a açıqlamasında bildirib ki, partiyanın Elza Seyidcahanla bağlı mövqeyi mətbuata bildiriləcək: “Qərar veriləndən sonra açıqlanacaq”.

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə isə bildirib ki, bu məsələyə seçki prosesində baxılacaq: “Söhbət konkret Elza Seyidcahandan getmir. Bu məsələlərə seçki prosesində baxılır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru