Qazaxda namizədlərin "qoç döyüşü"...

14-10-2015, 12:39           
Qazaxda namizədlərin "qoç döyüşü"...
Milli Məclisə 1 noyabrda keçiriləcək növbəti seçkilərlə bağlı deputatlığa namizədlərin mübarizəsi gərginləşir.

Modern.az saytının əldə etdiyi məlumata görə, 107 saylı Qazax seçki dairəsinin iki namizədi deputat mandatı almaq üçün daha şanslıdır.
Opponetlər heç bir partiyanın üzvü deyillər. Onlardan biri Sərdar Məmmədov, digəri isə Kamran Nəbizadədir.

Sərdar Məmmədov Milli Məclisdə sektor müdiri işləyir. İkincisi isə NKH Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin sədridir.

Bu iki şəxs öz potensiallarını bildikləri üçün bir-birlərini çox ciddi rəqib hesab edirlər. Hazırda Sərdar Məmmədov və Kamran Nəbizadə arasında qızğın mübarizə gedir. Bu, bəzən açıq, bəzən də gizli xarakter alır.

Qazax seçicilərinin də deputatlığa adıçəkilən namizədlərə etimadı demək olar ki, bərabər səviyyədə bölünüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru