Paşinyan: “İlham Əliyevlə razılığa gəlmədik”

7-12-2018, 21:53           
Paşinyan: “İlham Əliyevlə razılığa gəlmədik”
Əsirlərin dəyişdirilməsi məsələsini Qarabağ hakimiyyəti ilə müzakirə etmək lazımdır.

Teref.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyevlə söhbətini şərh edərkən jurnalistlərə bildirib.

“Əsirlərin dəyişdirilməsi haqqında söhbət etdik, razılıq əldə etmədik, lakin müzakirələri davam etdirəcəyik. Bilirsiniz, onlar “hamının hamıya” prinsipi ilə dəyişdirilməni təklif ediblər, lakin bu məsələdə bizdə problem var. Qarabağdakı hakimiyyətlə müzakirə etmək lazımdır”, – Paşinyan deyib.

Onun sözlərinə görə, onlar həmçinin danışıqlar prosesinin ötən epizodlarını və s. müzakirə ediblər. /Virtualaz.org/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru