Maduro Venesuelanın işlərinə qarışmamaqla bağlı Trampa ünvanlanan məktubu imzalayıb

8-02-2019, 08:19           
Maduro Venesuelanın işlərinə qarışmamaqla bağlı Trampa ünvanlanan məktubu imzalayıb
Venesuela lideri Nikolas Maduro Birləşmiş Ştatların prezidenti Donald Trampa ünvanlanmış Venesuelanın işlərinə qarışmamaqla bağlı imzatoplama kampaniyasında iştirak edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, o, Karakasda Bolivar meydanında imza toplama mərkəzlərindən birində kütləvi müraciətə imza atıb.

Kampaniyanın hədəfi ən azı 10 milyon imza toplamaqdır.

Daha əvvəl Venesuela prezidenti Karakasın mərkəzindəki Bolivar meydanında çıxışı zamanı bildirib ki, ölkə müxalifəti danışıqlardan qorxur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru