Efirdə azərbaycanlı namizədin üzərinə su tökdülər - Video

9-02-2019, 08:51           
Efirdə azərbaycanlı namizədin üzərinə su tökdülər - Video
Ukraynanın ZİC telekanalının canlı yayımında deputat Sergey Şaxov Dövlət Fiskal Xidmətinin sabiq rəhbəri, prezidentliyə namizəd Roman Nəsirova su atıb.

Oxu.az-ın məlumatına görə, hadisə sosial ödənişlər və maaşlarla bağlı müzakirələrin aparıldığı verilişdə baş verib.

Şaxov Nəsirova "Siz insanlara maaşlar, pensiyalar haqqında danışmısınız. Hansı hakimiyyətdə çalışmısınız?” deyə sual verib. Azərbaycanlı Nəsirov isə "yaxşı ki, soruşdunuz” deyə cavab verəndən sonra opponenti "Sizə sərinləmək lazımdır” deyərək masa üzərindəki su ilə dolu stəkanı götürüb və suyu Nəsirova tərəf atıb.

Nəticədə Nəsirovdan çox veriliş aparıcısı və digər iştirakçılar islanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.