İşğalçılar Qarabağa daha bir yeni yol çəkilişinə start verdi-FOTO...

9-02-2019, 11:12           
İşğalçılar Qarabağa daha bir yeni yol çəkilişinə start verdi-FOTO...
Biz hələ gözümüzü Qərbin, Rusiyanın, ATƏT-in, AŞ-ın, ABŞ-ın yeni “yol xəritələri”nə dikək...
Ermənilər işğal altındakı Azərbaycan torpaqlarını Ermənistanla birləşdirəcək daha bir magistral yol çəkməyə start veriblər.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. Məlumata görə, qondarma separatçı-terrorçu rejimin “dövlət naziri” adlanan Qriqori Martirosyan adlı məxluq dünən fevralın 7-də işğal altındakı Zəngilan rayonuna səfəri zamanı “Kovsakan” adlandırılmış rayon mərkəzini Ermənistanın Qafan şəhəri ilə birləşdirəcək yeni yolun çəkiləcəyindən danışıb. Həmin şəhərlər arasındakı yol sovet vaxtında da olub. Lakin işğaldan sonra bərbad vəziyyətə düşüb. Ermənilər bu yolu Qarabağla birləşdirəcək 4-cü yol hesab edirlər(Qafan-Zəngilan-Hadrut-Xankəndi). Xatırladaq ki, digər iki əsas yol(Gorus-Laçın-Şuşa-Xankəndi və Basarkeçər-Kəlbəcər-Ağdərə-Xankəndi) son illərdə tam abadlaşdırılıb. Başqa bir yol isə tam işlək olmayan Gorus-Qubadlı-Hadrut-Xankəndi yoludur.


Q.Martirosyanın Zəngilandakı müşavirədə söylədiyinə görə, 2019-cu ildə layihələşdiriləcək yeni Qafan-Zəngilan yolunun uzunluğu 32 km olacaq. Əvvəlki qrunt yolun da asfaltlaşdırılması nəzərdə tutulur.

P.S. Biz hələ gözümüzü Qərbin, Rusiyanın, ATƏT-in, AŞ-ın, ABŞ-ın torpaqlarımızı guya qaytaracaq yeni “yol xəritələri”nə dikək...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.