"YAP idarə Heyətində bu şəxslər haqqında qərar veriləcək" - Siyavuş Novruzov

10-11-2015, 15:52           
"YAP idarə Heyətində bu şəxslər haqqında qərar veriləcək" - Siyavuş Novruzov
Milli Məclisə seçkilərin yekun rəsmi nəticələri elan olunduqdan sonra Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti rəhbərlikdən icazəsiz namizədliyini irəli sürmüş üzvlərlə bağlı qərar qəbul edəcək.

Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov deyib. O bildirib ki, seçki öncəsi bir neçə nəfəri çıxmaq şərtilə, partiyanın qərarı olmadan namizədliyini irəli sürən əksər YAP üzvləri öz namizədliklərini geri götürüblər: “Onlar YAP-ın qərarı ilə irəli sürülən namizədlərə alternativ yaradırdılar. Söhbət apardıqdan sonra onların əksəriyyəti namizədliyini geri götürdü. Bir neçə nəfər isə namizədliyini davam etdirdi. Mərkəzi Seçki Komissiyası seçilmiş deputatların mandatlarını təsdiq etdikdən və Konstitusiya Məhkəməsində bu məsələ təsdiqləndikdən sonra YAP İdarə Heyəti seçkinin nəticələrinə həsr olunmuş toplantı keçirəcək və bu şəxslər barədə də qərar veriləcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.