MSK yeni deputatların siyahısını Konstitusiya Məhkəməsinə göndərəcəyi vaxtı AÇIQLADI

10-11-2015, 17:24           
MSK yeni deputatların siyahısını Konstitusiya Məhkəməsinə göndərəcəyi vaxtı AÇIQLADI
Mərkəzi Seçki Komissiyası (MSK) yeni seçilən deputatların siyahısını Konstitusiya Məhkəməsinə noyabrın 20-ə qədər təqdim edəcək.

Bu barədə MSK katibi Mikayıl Rəhimov Modern.az saytına bildirib.

M.Rəhimov deyib ki, qanunvericiliyə görə, yeni seçilən deputatların siyahısı səsvermə günündən sonrakı 20 gün müddətində Konstitusiya Məhkəməsinə göndərilməlidir.

MSK seçki protokollarını yoxladıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiya Məhkəməsi isə müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində seçkinin nəticələrini təsdiq etməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.