Nazir şöbə müdirlərini, direktoru işdən çıxardı - Siyahı

12-11-2015, 14:56           
Nazir şöbə müdirlərini, direktoru işdən çıxardı - Siyahı
Son iki ayda Təhsil Nazirliyinin aparatında və tabeli qurumlarda bir sıra kadr dəyişiklikləri aparılıb. “Qafqazinfo”ya daxil olan məlumata görə, Mikayıl Cabbarov Famil Mustafayev və Fərhad Əmirbəyovu özünə müşavir təyin edib.

1975-ci ildən Təhsil Nazirliyində çalışan Elm və ali təhsil şöbəsinin müdiri Gültəkin Hüseynova həmin şöbənin Elm sektorunun müdiri vəzifəsinə keçirilib.

1997-ci ildən Nazirlikdə müxtəlif vəzifələrdə işləmiş Tədris resursları şöbəsinin müdiri Faiq Şahbazlı tutduğu vəzifədən azad edilərək Təhsil Problemləri İnstitutunun direktor müavini vəzifəsinə keçirilmişdir. Onun yerinə 2002-ci ildən Təhsil Sektorunun İnkişafı üzrə Layihənin Əlaqələndirmə Qrupunun meneceri, direktor müavini və direktoru vəzifələrində çalışmış Elvin Rüstəmov təyin edilib.

Nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsi Vasif Məmmədova həvalə edilib. V.Məmmədov 2001-2010-cu illərdə özəl sektorda, 2013-cü ildə “Vətən” Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin direktoru, 2014-cü ildən isə Təhsil Nazirliyində sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində işləyib.

Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə keçirilib.

Lənkəran Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə Azərbaycan Texniki Universitetinin professoru Nizami Yusubov təyin edilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru vəzifəsinə Gülşən Əliyeva təyin edilib. G.Əliyeva 2001-ci ildən həmin universitetdə müəllim, baş müəllim, kafedra mudiri, professor vəzifələrində işləyib.

Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru həmin universitetdə 1976-cı ildən müxtəlif vəzifələrdə çalışmış Rafiq Novruzov təyin edilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Vaqif Qurbanov öz ərizəsinə əsasən işdən azad edilmişdir. Həmin vəzifəyə isə Qasım Məmmədov təyin olunub.

Öz ərizələrinə əsasən Elşad İsmibəyli Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru, Çingiz Bağırov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Nuhbaba Şıxıyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifələrindən azad edilib.

Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev və Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyev vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiklərinə görə, Xocavənd Rayon Təhsil Şöbəsinin müdiri Şəfahət Yusifov dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə, Yevlax Rayon Təhsil Şöbəsinin müdiri Raqub Mirzəyev öz ərizəsinə əsasən tutduqları vəzifədən azad edilib.

Bakı şəhəri 55 nömrəli tam orta məktəbin direktoru Vahid Dəmirov vəzifə funksiyalarının icrasında, məktəbə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.