Lavrov işğal altındakı rayonların geri qaytarılmasını müzakirə etməyib – RƏSMİ
12-11-2015, 15:05
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevana səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması kontekstində Ermənistan rəhbərliyi ilə apardığı danışıqlarda ərazi güzəştləri məsələsi müzakirə olunmayıb.
Modern.az saytının news.am-a istinadən verdiyi xəbərə görə bu barədə Rusiyanın Ermənistandakı səfirliyindən bildiriblər. Qeyd edək ki, bundan öncə Ermənistanın “Aykakan Jamanak”, “Jovoxurd” nəşrləri, həmçinin Rusiyanın “Kommersant” qəzeti Sergey Lavrovun Yerevan səfəri ilə bağlı sensasion sayıla biləcək məlumatlar yayıb.
Məlumata görə Rusiya Azərbaycanın Avrasiya İttifaqına üzv olmasını arzuladığından Ermənistandan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun geri qaytarılmasını tələb edir.