“Etimadı doğrultmayanlar layiqli cavablarını alacaqlar” - YAP-çı deputat

13-11-2015, 15:13           
“Etimadı doğrultmayanlar layiqli cavablarını alacaqlar” - YAP-çı deputat
Azərbaycan prezidenti tərəfindən kadr islahatı bundan sonra da davam edəcək və etimadı doğrultmayanlar layiqli cavablarını alacaqlar.
Bunu Moderator.az - a açıqlamasında YAP Siyasi Təhlil və Proqnozlaşdırma çəbəsinin müdiri, deputat Aydın Mirzəzadə Azərbaycan prezidetninin son kadr islahatları ilə bağlı atdığı addımları şər edərkən deyib.

Onun sözlərinə görə, yeri gəldikcə situasiyaya uyğun olaraq kadr islahatları dövlət başçısı tərəfindən aparılacaq.

“Burada məqsəd kimisə vəzifədən azad etmək deyil və bu belə başa düşülməməlidir. Məqsəd ölkənin problemlərinin köklü problemlərinin həlli və vətəndaşların etimadını qazanmaqala bağlıdır”, - deyə YAP funksioneri əlavə etdi.
Fikrini davam etdirən millət vəkili bildirdi ki, bu baxımdan işin öhdəsindən gələn, idarəetmədə yaxşı nəticə göstərən kadrlara etimad bundan sonra da yüksək olacaq. “Ancaq etimadı dorultmayanlar müvafiq cavablarını alacaqlar”, - deyə Mirzəzadə vurğuladı.

Azərbaycan prezidentinin son kadr islahatını dəstəkləyən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da Moderator-a açıqlamasında bildirdi ki, fəaliyyətində neqativ hallara yol verən məmurların və nazirlərin dəyişməsi müsbət haldır: “Korrupsiyaya bulaşmış, qanunsuz hərəkətlərə yol verən şəxslərə qarşı belə bir münasibətin sərgilənməsi müsbət haldır. Bununla belə hesab edirəm ki, bu addımların ardınca ciddi islahatlara start verilməlidir.”

Millət vəkilinin fikrincə, ölkədə hamı bilməlidir ki, nazir və ya digər məsul postu tutmaq ölkəni talayıb varlanmaq yox, üzərinə düşən missiyanı yerinə yetirmək, ölkəyə, vətəndaşa xidmət etməkdən ibarət olmalıdır. “Bu baxımdan ölkə başçısısn bu addımlarını birmənalı dəstəkləyirəm və hər birimiz öz dəstəyimizi əsirgəməməliyik”, - deyə deputat vurğuladı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.