Daşqın Gülməmmədov Azərbaycandan siyasi sığınacaq istədi: - "Məni öldürmək istəyirlər"
13-11-2015, 15:46
Dünən Rusiya və Gürcüstan Daxili İşlər Nazirlikləri və Kəşfiyyat xidmətləri tərəfindən dövlətlərarası axtarışa verilən Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov rəsmi olaraq Azərbaycan Respubllikası Prezidenti İlham Əliyevdən və Pakistan Prezidenti Məmnun Hüseyindən rəsmi qaydada siyasi sığınacaq istəyib.
Bu barədə Avropa.info-ya məlumatı Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Baş katibi Ülfət Məhərrəmov məlumat verib.
Daşqın Gülməmmədovun rəsmi müraciətləri artıq Azərbaycanda Prezident Adminstrasiyasında və Dövlət Miqrasiya Xidmətində rəsmi icraata götürlüb və baxılır. Pakistan Prezdentinin Baş Katibliyi isə yaxın saatlar ərzində rəsmi açıqlama verəcək.
Daşqın Gülməmmədovun Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə göndərdiyi rəsmi müraciətində deyilir:
"Cənab Prezident!
Gürcüstan xüsusi xidmət orqanları məni həbsimi tələb edib. Ekstradisiyama nail olmağa, daha sonra isə məni Gürcüstan fiziki cəhətdən məhv etmək niyyətindirlər. Məni siyasi fikirlərimə, ifadə azadlığına görə xüsusi xidmət orqanları tərəfindən təqibə məruz qalıram. Məni öldürmək istəyirlər. Azərrbaycan Respublikası Konstitusiyasının 70 və 71-ci maddələrinə uyğun olaraq mənə siyasi sığıənacaq verin”.