Rəsul Quliyev Vladimir Putini “oğru pişik” adlandırdı...

18-11-2015, 12:28           
Rəsul Quliyev Vladimir Putini “oğru pişik” adlandırdı...
Eks - spiker Rəsul Quliyev terrorizmə qalib gəlməyin yolları barədə fikirlərini yazaraq Moderator.az - a göndərib:

"Əgər Al - Qaidə, İŞİD və başqa çeşidli terrorçu təşkilatlar terrorları ilə sivil ölkələri qorxudub beynəlxalq birliyi Yaxın Şərq ölkələrində və ümumiyyətlə dünyada demokratiya uğrunda mübarizədən geri çəkindirə bilsə rahatlıq əvəzinə daha böyük terror problemləri ilə rastlaşacaqlar.

Fransanın prezidentinin tələm - tələsik Rusiya ilə terrorçulara qarşı birgə mübarizə aparmaq arzusu və Putinə xoş gəlmək üçün "problem Əsəd deyil (yarım milyona yaxın əhalisini öldürmüş, 3 milyona yaxını ölkədən didərgin salmış həmin o terrorçuların yaranması üçün münbit şərait yaratmış Əsədi ölkəsindəki bir terakta görə problem hesab etməmək absurdluq etalonu deyilmi...?) İslamçı terrorçulardır" deyən Fransanın prezidenti doğrudan Rusiyanın köməkliyi ilə terrorizmi ləğv edəcəyinə inanır. Portnyor kimi nəfəsi yalanla gedib - gələn Putini seçən Fransua Oland yanılmırmı?

Təyyarəsinin qəzaya uğradığı birinci gün ABŞ - ın peyklərinin Sinayın üzərində həmin anda böyük qığılcım yarandığını, yəni təyyarənin partladıldığını ehtiyyatla elan edəndə Rusiya informasiya vasitələri ağız - ağıza verib bunun yalan olduğunu bar - bar bağırırdılar. İndi Fransada faciə baş verdikdən və diqqət Fransaya çevrildikdən sonra Rusiya oğru pişik kimi zəif səslə təyyarəsinin göydə partladıldığını etiraf edir...

Məgər qanı - canı yalanla yoğrulmuş bir ölkə rəhbəri ilə ciddi bir problemin həllində portnyor olmaq olarmı? Deməli indi Fransa Rusiya ilə birlikdə Əsədə qoşulub ilk növbədə Əsədə müxalifətdə olanları, ondan sonra terrorçuları məhv etmək fikrindədir. Düşünmür ki, belə bir addımla Fransada terror dalğasını daha da gücləndirəcək.

ABŞ İraqda Səddam Hüseynə bənzər bir cani tapıb hakimiyyətə gətirməklə terrorizmin qarşısını ala bilməyəcəyini yaxşı başa düşür. Və ya Əfqanıstanda hakimiyyəti yenidən Talibanlara verməyin təhlükəsinin səviyyəsini bilir. Fikirləşirəm ki, ABŞ heç vaxt terorizmidən qorxub demokratiya uğrunda mübarizəsini dayandırmayacaq.

Terrorizmə qalib gəlməyin yolları

1.Finans kanallarının qətiyyətlə və tez bir zamanda qapanmasına nail olmaq.
2. Xalqın terrorçulardan qorxması və onlara hər cür yardım etməsinin qarşısını almaq üçün onların real müdafiəsini təşkil etmək lazımdır, nəyin bahasına olursa olsun.
3. Demokratikləşmə kursunu daha qətiyyətli, tələb olunursa güc tətbiq etməklə davam etdirmək.
4. Korrupsiya və rüşvətin çiçəkləndiyi ölkələrə qarşı təsiredici sanksiyalar tətbiq etmək, dünyadan təcrid edib izolyasiyada saxlamaq.

Ancaq belə qətiyyətli addımlar terrorizmi zəiflədə bilər. Yox dərəcəsinə çatdıra bilər, terrorçu yaradan ölkələrlə əməkdaşlıq edənlərlə yox".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.