İmamverdi İsmayılov da mandatını qorudu - Yekun qərar

20-02-2020, 18:15           
İmamverdi İsmayılov da mandatını qorudu - Yekun qərar
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı seçki dairəsi Zəngilan Qubadlı seçki dairəsindən qeydə alınmış deputatlığa namizədlərin şikayətinə baxılıb.

Modern.az xəbər verir ki, müraciət barədə məlumatı MSK üzvü Tofiq Həsənov səsləndirib.

O, qeyd edib ki, deputatlığa namizədlər Faiq Kərimov və Nazim Azadoğlu seçki məntəqələrindəki qanun pozuntularından şikayətçidir.

MSK üzvü müraciətin araşdırıldığını və 10, 32, 37, 38, 40 və 55 saylı seçki məntəqələrində qeydə alınmış və sosial şəbəkələrdə yerləşdirilən görüntülərdə pozuntuların qeydə alındığını deyib.

T. Həsənov araşdırmaların nəticəsində 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59 saylı seçki məntəqələrində nəticələrin ləğvini təklif edib.

MSK-nın ekspert qrupunun rəyi əsasında şikayətçilərin müraciəti qismən təmin edilib. Yuxarıda səsləndirilən məntəqələr üzrə nəticələr ləğv edilib.

Qeyd edək ki, 11 məntəqənin ləğvi həmin dairə üzrə nəticələrin tamamilə ləğv edilməsi üçün tələb olunan 2/5 nisbətini ödəmir.

Xatırladaq ki, 125 saylı seçki dairəsində lider namizəd İmamverdi İsmayılovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru