Bu DSK buraxıla bilər - Məzahir Pənahov açıqladı

22-02-2020, 22:48           
Bu DSK buraxıla bilər -
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 57 saylı Kürdəmir Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Kamal Səlimovun müraciətinə baxılıb.

Teref.az xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q. Orucov bildirib ki, qanunvericiliyin tələbinə zidd olaraq namizədin müraciətinə 57 saylı Dairə Seçki Komissiyasında (DSK) baxılmayıb.

Buna görə də MSK müraciətin müvafiq qaydada DSK-ya göndərilməsinə qərar verilib.

Q. Orucov eyni zamanda DSK tərəfindən namizədin müraciətinə baxılmamasına da gələcəkdə MSK-nın qiymət verməsini zəruri sayıb.

MSK sədri Məzahir Pənahov DSK üçün belə bir halı yolverilməz sayıb və həmin DSK-nın gələcəkdə buraxıla biləcəyini söyləyib. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru