Bu dairədə 11 məntəqə ləğv edildi – Rəqəmlər dəyişdi
23-02-2020, 22:36
Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının lider namizəd olduğu 60 saylı Salyan-Neftçala seçki dairəsinin 11 məntəqəsinin nəticələri ləğv edilib.
Axar.az xəbər verir ki, sözügedən dairənin 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı məntəqələrinin nəticələri ləğv olunduqdan sonra Fəzail Ağamalının səsi azalıb. Belə ki, 42 məntəqə üzrə 11.363 səs toplayan lider namizəd Fəzail Ağamalının səsləri hazırda 8.365-ə düşüb.
Fəzail Ağamalını 42 məntəqənin nəticəsinə görə 4550 səslə izləyən Etibar Axundovun da səsləri azalıb. Belə ki, 11 məntəqə ləğv olunduqdan sonra 1218 səs itirən E.Axundov hazırda 3.332 səslə yenə də ikincidir.
Dairənin digər namizədi, qazi Kamil Musəvinin isə 42 məntəqə üzrə 2.569 səsi vardısa, hazırda 583 səs itirib və 1.986 səslə kifayətlənməli olub.
Göründüyü kimi, F.Ağamalı yenə də ən yaxın rəqibini 3 dəfəyə yaxın üstələyir.