G20 ölkələri koronavirusa görə qərar verdilər

24-02-2020, 00:00           
G20 ölkələri koronavirusa görə qərar verdilər
Faktiki olaraq bu gün İtaliya və İranda yoluxanların və ölənlərin sayının artması barədə məlumat yayılıb

"Böyük iyirmilik" (G20) ölkələri koronavirusun dünya iqtisadiyyatına təsirini yumşaltmağa çalışacaqlar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri Muhamməd əl-Caadan Ər-Riyadda keçirilən G20 sammiti zamanı deyib.

""İyirmilər qrupu" koronavirusun yayılma risklərini izləməyi davam etdirmək barədə razılığa gəliblər", - əl-Caadan "Əl-Ərəbiyyə" telekanalına deyib.
Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Uhan şəhərində naməlum sətəlcəm yayılması barədə xəbərdar edib. Mütəxəssislər xəstəliyin törədicisinin koronavirus (Covid-2019) olduğunu təsbit ediblər. Çində yeni koronavirusdan ölənlərin sayı hazırda 2442-yə çatıb. 22.8 min insan bu xəstəlikdən sağala bilib. ÜST-ün şənbə gününə olan məlumatına görə, Çindən kənarda 28 ölkədə yoluxanların sayı 1400-ü ötüb. Faktiki olaraq bu gün İtaliya və İranda yoluxanların və ölənlərin sayının artması barədə məlumat yayılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.