Lukaşenko ilə mübahisə edən zavod işçisi həbs olunub

17-08-2020, 22:37           
Lukaşenko ilə mübahisə edən zavod işçisi həbs olunub
Avqustun 17-də Minskdəki tır təkərləri zavodundan (MZKT) bir neçə video paylaşılıb.

Görüntülərdə 26 ildir ölkəyə başçılıq edən Aleksandr Lukaşenkonun çıxışı zamanı fəhlələrin bir qisminin “Çıx get” qışqırması diqqət çəkir.

Bizimyol.info xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının prezident kimi tanıdığı, amma saxtakaqlıqda ittiham olunan siyasətçi gedəndə fəhlələrdən biri “Özünü güllələ, zabit” deyə qışqırıb. Lukaşenko ona yaxınlaşaraq, belə deyib: “Kim təxribata yol versə, sərt davranacağıq. Kişi ol – siz çoxsunuz, mən tək. Telefonu aşağı sal”.

“Vesna” hüquq müdafiəsi təşkilatının məlumatına görə, həmin fəhlə - Andrey həbs olunub. Təşkilat onun həbsi ilə ciddi məşğul olur. Hüquq-mühafizə orqanları konkret açıqlama verməyib.

Lukaşenko zavoda vertolyotla gəlib. Çıxışına “Çıx get” sədalarına görə bir neçə dəfə fasilə verməli olub. Lukaşenko işlətdiyi “siz həmişə prezidentlə olmusunuz” ifadəsinə “yox” cavabı eşidib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.