Ermənilər işğal altındakı Qarabağda yarış keçirməyə hazırlaşır

18-08-2020, 11:02           
Ermənilər işğal altındakı Qarabağda yarış keçirməyə hazırlaşır
Ermənilər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində 25 aprel 2021-ci il tarixində marafon yarışı keçirməyə hazırlaşır.

BAKU.WS xəbər verir ki, yarış ermənilərin ABŞ-da qeydiyyatdan keçən "AdventureCORPS" şirkəti tərəfindən təşkil olunur.

Marafonda 10 ölkədən 55 idmançının iştirak etməsi planlaşdırılır.

Yarışın məqsədi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə turistlərin axınını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisi olduğu üçün burada hər hansı yarış və tədbir keçirmək yalnız rəsmi Bakının icazəsi ilə baş tuta bilər. Bu razılıq olmadığı müddətdə hər növ tədbirərin keçirilməsi separatçılıq xarakteri daşıyır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.