Əli Kərimli və Qənimət Zahidin bilgisinə

19-08-2020, 09:59           
Əli Kərimli və Qənimət Zahidin bilgisinə
Əli Kərimli və Qənimət Zahidin bilgisinə

"Bir neçə gün öncə Turan Partiyası və şəxsən məni hədəfə alan rus şovinizminin istəyi, fars şovinizminin hazırladığı təxribat dolu, terrora çağırış videosunun yayılmasından sonra, partiya adına yaydığımız bəyanat təxribatın qarşısını almışdır.
Amma sonra bu videonun Qənimət Zahidovun “Azərbaycanın Səsi” proqramında yayınlanıb, sosial şəbəkələrə servis edilməsi bir çox suallar yaratmışdır. Mən “Tehran fars videosu"nun Qənimət Zahidovun proqramında yayınlanmasını bir yanlışlıq kimi dəyərləndirmək istəmişdim.
Amma bu gün Türkiyə Ordusunun Azərbaycana gəlişiylə bağlı “Azərbaycanın Səsi” proqramında AXCP sədri Əli Kərimlinin müsahibəsini dinləyəndə əmin oldum ki, “Tehran-Moskva videosu”, Qənimət Zahidov və Əli Kərimli arasında bir bağlılıq var(Bağlılığı açıqlayacam). Mən çox istərdim ki, Əli Kərimli özü buna aydınlıq gətirsin, bu iş birliyinin kökündə nə durur və nəyə xidmət edir. Ola bilsin ki, desin, mən ev dustağıyam, heç yerlə əlaqəm yoxdur. Bunu etməsin".

Cahandar Bayoğlu
Turan Partiyası G. Başqanı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.