Senatın hesabatında Tramp kampaniyasının Rusiya ilə əlaqələrinə dair yeni detallar açıqlanıb
20-08-2020, 00:05

Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinə təsirinə dair hər iki partiyanın birgə araşdırması Moskvanın prezident Donald Trampın təşviqat üzvlərini ələ keçirmək üçün mürəkkəb əməliyyat qrupları və aktiv tədbirlərdən uğurla istifadə etdiyini, bəzi hallarda gələcək administrasiyanı manipulyasiya açıq buraxdığını müəyyən edib.
Hesabatda Trampın 2016-cı il kampaniyasının sədri Pol Manafortun Kremlə yaxın insanlarla münasibətləri səbəbindən "ağır əksinqilabi təhlükə" yaratdığına dair nəticəyə gəlindiyi deyilir.
FBI-nin Rusiya seçkisinə müdaxilə etməsi ilə bağlı araşdırmasının "nöqsanlı" olduğu da müəyyən edilib.
Senatın Kəşfiyyat Komitəsinin avqustun 18-də açıqladığı hesabat mövzu ilə əlaqdar 3 il ərzində aparılan 5-ci aradırmanın nəticəsidir. Burada yüzlərlə şahidlərlə müsahibələr və 1 milyon səhifədən artıq səbədlərin araşdırılması yer alır.

Pol Manafort
Hesabatın diqqət mərkəzində Rusiya və Tramp kampaniyasının əsas fiqurları, habelə Rusiya kəşfiyyatının WikiLeaks kimi veb səhifəsi təşkilatları ilə fəaliyyətləri yer alır.
Lakin hesabatda Tramp kampaniyasının üzvlərinin qələbə naminə Rusiya ilə künüllü əməkdaşlıq etdiyinə dair heç bir məlumat yoxdur.
Komitə üzvləri isə belə bir qənaətə gəlib ki, əsas fiqurlar ya sadəlövlükdən, ya da ambisiyaları üzündən Kremldən gələn köməyə biganəliklə yanaşıb.
Rusiyanın Demokarat Partiyasının kompüter xidmətinə haker hücumu zamanı WikiLeaks-in yaydığı sənədlərdə Tramp kampaniyasının onun seçki perspektivlərinin yaxşılaşdırılması məqsədi ilə sızıdırılmış məlumatlardan maksimum istifadə etdiyi bildirilmişdi.

ABŞ Senatı
Hesabatda respublikaçı siyasi xadim və beynəlxalq lobbiçi Manafortun rolu barədə narahatlıq bildirilib.
Manaforun seçkiqabağı kampaniyaya qoşulması və Trampla yaxınlığı Rusiyanın gizli xidmətlərinə təsir etmək və konfedensial məlumatları əldə etmək imkanı yaradıb", hesabatda deyilir.
Manafort xüsusi müşavir Robert Müller tərəfindən ayrı bir istintaq zamanı vergilərdən yayınma və bank fırıldaqçılığı ittihamları ilə həbs edilmişdi. Bu ilin əvvəlində həbsxanadan o, ev dustaqlığına buraxılmışdı.
amerikaninsesi