Səudiyyə Ərəbistanı BƏƏ-İsrail sazişinə qarşı çıxdı : "Səudiyyə İsraillə heç bir diplomatik əlaqə qurmayacaq"

20-08-2020, 08:57           
Səudiyyə Ərəbistanı BƏƏ-İsrail sazişinə qarşı çıxdı :
Səudiyyə Ərəbistanı Fələstinin haqları təmin olunmadan İsrail ilə heç bir diplomatik əlaqələr qurmayacaq.

Avropa.info xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının Xarici İşlər naziri, şahzadə Faysal bin Ferhan məlumat verib. Səudiyyəli nazir, Almaniyanın paytaxtı Berlində keçirdiyi mətbuat konfransında İsrailin Fələstinə aid əraziləri ələ keçirməkdə davam etdiyini, belə bir durumda Tel-Əvivlə heç bir diplomatik əlaqədən söhbət gedə bilməyəcəyini deyib.

"Bizim normallaşma üçün İsrailə yönəlik şərtlərimiz bəllidir. İsrailin işğalı davam etdirməsi çözümü əngəlləyir. İsrail işğalı dayandırmalı, Fələstinin haqlarını tanımalı və fələstinlilərlə sülhə getməlidir. Bütün bunlar olmadan İsraillə normallaşma olmaz" - Faysal bin Ferhan belə deyib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin İsraillə sülh sazişindən sonra, Səudiyyə Ərəbistanının mövqeyi maraqla gözlənilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru