Kremlin adamı yenidən Qarabağın İranla sərhədboyunun məskunlaşdırılmasından danışdı...

20-08-2020, 09:54           
Kremlin adamı yenidən  Qarabağın İranla sərhədboyunun məskunlaşdırılmasından danışdı...
"Görəsən, ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılması proqramı barədə hay qaldırmaq “5-ci kalon”a xidmət deyil ki?.."

"Qarabağın niyə məhz İranla sərhəd zonasının ermənilərlə məskunlaşdırılmasının siyasi hədəfləri barədə politoloqlar danışa bilər..."

Son günlər Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının rəhbəri Artur Vanesyan Azərbaycanın dövlət sərhədini növbəti dəfə pozaraq işğal altındakı torpaqlarımızdakı separatçılarla müxtəlif görüşlər keçirib. Xankəndindəki separatçı kriminal rejimin başçısı Araik Arutyunyan baş nazir N.Paşinyana yarınmaq üçün onu qəbul etməsə də, Kremlin işğalçı ölkədəki adamı sayılan A.Vanetsyanın Qarabağ səfəri İrəvandakı rusiyapərəst qüvvələr arasında böyük reaksiya doğurub.

Moderator.az xəbər verir ki, səfərinin yekunları barədə Ermənistanın “5-ci kanal”ına açıqlama verən A.Vanetsyan hələ MTX direktoru kimi Qarabağa səfəri zamanı ermənilərin Araz vadisində, yəni Azərbaycanın içğal altındakı ərazilərinin İranla sərhədboyu hissəsinin məskunlaşması proqramı barədə danışdığını xatırladıb.

“Bu proqram indiki kimi heç vaxt aktual olmayıb. Yanlış, səriştəsiz danışıqlar prosesi və ya ümumiyyətlə, danışıqlar prosesinin olmaması səbəbindən Azərbaycan yalançı bir termin - "Qarabağın Azərbaycanlı icması" ifadəsini tətbiq edib və buna əsaslanaraq demək olar ki, Arazboyunun məskunlaşdırılması proqram bu gün daha aktualdır”-söyləyən işğalçı ölkənin müxalif partiya lideri daha da irəli gedərək, ümumiyyətlə, işğal altındakı Azərbaycan torpaqlarının təcili məskunlaşdırılması məsələsini önə çəkib.

“Biz yalnız söylədiyim fikri təbiğ etmirik, eyni zamanda bu gün partiyamız işçi qrupu yaradaraq Artsaxın məskunlaşdırılması proqramını gündəmə gətirmək niyyətindədir.

Hesab edirəm ki, bu, ümumerməni məsələsidir. Çünki Artsaxın azad edilmiş ərazilərində təhlükəsizliyin təmin edilməsinin ən vacib vasitəsi bu ərazilərdə yaşayan ermənidir. Bu məsələ qaldırılmalı və Ermənistan sakinləri, Artsax xalqı və diasporadakı soydaşlarımız da bu işdə yaxından iştirak etməlidirlər "- deyə üzdəniraq rusiyapərəst erməni siyasətçi vurğulayıb.

P.S. Qarabağın niyə məhz İranla sərhəd zonasının ermənilərlə məskunlaşdırılmasının siyasi hədəfləri barədə politoloqlar danışa bilər...

P.P.S. Görəsən, ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılması proqramı barədə hay qaldırmaq “5-ci kalon”a xidmət deyil ki?..

Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.