Lukaşenkonun sözünə əməl etmədiyini və getmədiyini görən müxalifət....

20-08-2020, 11:44           
Lukaşenkonun sözünə əməl etmədiyini və getmədiyini görən müxalifət....
Hazırda ən çox qarşılaşdığım sual Belarusla bağlıdır. Əslində Belarus xalqı 26 illik avtoritar idarəçiliklə bağlı problemini həll etmək istiqamətində əsas addımını atıb, Lukaşenkoya seçkilərdə "Yox" deyib, seçki saxtalaşdırılandan sonra küçələrə çıxıb "Get" deyir.
Teref.az yazır ki, Qubad İbadoğlu Belorusdakı vəziyyəti dəyərləndirərək yazır:
Sadəcə, hamı çalışır ki, Lukaşenko sakitliklə getsin, ölkədə qarşıdurma yaranmasın. Çünki, Lukaşenko da həmişə deyərdi ki, xalq mənə get deyəndə gedəcəm. İndi isə ona hər kəs - fəhləsi də, ziyalısı da, alimi də, incəsənət və mədəniyyət xadimi də, hətta milisi də - birlikdə və daha gur səslə get deyir.

Lukaşenkonun sözünə əməl etmədiyini və getmədiyini görən müxalifət təşkilatlanıb, 23 avqusta ümummilli yürüş təyin edib.
Böyük ehtimalla hakimiyyət bu yürüşdə və ya yürüşdən qabaq təxribat törətməklə xalqın azad və dinc nümayişini əngəlləməyə çalışacaq. Ümid edirəm ki, belarus xalqı ayıq olub, təxribata uymayacaq və ötən bazar günündəkindən də çox əzəmətli aksiyanı bu bazar günü təşkil edib, etirazlarını pikə qaldıracaqlar.
Qubad İbadoğlu
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.