Navalnının həyat yoldaşı Putinə müraciət etdi
21-08-2020, 16:36

Politoloq Aleksey Navalnının həyat yoldaşı Yuliya Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
KONKRET.az xəbər verir ki, o, müxalif siyasətçinin müalicə üçün Almaniyaya aparılmasına icazə istəyib.
Bundan əvvəl Avropa Birliyi Rusiyanı Navalnını təcili müalicə üçün xaricə göndərməyə çağırmışdı.
“Ümid edirik ki, Rusiya hakimiyyəti Navalnının ailəsinin istəyini yerinə yetirəcək və onun xaricə təhlükəsiz və sürətli daşınmasına icazə verəcək”. Reuters agentliyi Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Nabilla Massraldan sitat gətirib.
Bu gün 1 nömrəli Omsk təcili xəstəxanasının baş həkimi Aleksandr Muraxovski müxalifətçi və bloger Aleksey Navalnıya maddələr mübadiləsinin pozğunluğu diaqnozu qoyulduğunu açıqlayıb.
Bundan əvvəl həkimlər aparılan araşdırmalarda Navalnının qanında və sidiyində zəhər aşkar etmədiyini deyiblər.
Həkimlər müxalifət tərəfdarlarının dediyi kimi xəstənin zəhərlənməsinə inanmırlar.
Hazırda Navalnı komadadır və süni nəfəs aparatına qoşulub.
Xatırladaq ki, avqustun 20-də Tomskdan Moskvaya gedərkən Aleksey Navalnı təyyarədə özünü pis hiss edib. Layner Omsk şəhərində təcili eniş edib və o, xəstəxanaya yerləşdirilib.
Müxalifət tərəfdarları onun zəhərləndiyini bildirirlər. Navalnının sözçüsü Kira Yarmış deyir ki, Aleksey çaya qarışıq bir şeylə zəhərlənib. Siyasətçin hava limanında səhər yalnız çay içb.