Bakı üçün qırmızı xətt: Tiflis bu sazişi poza bilməz!
21-08-2020, 16:43

Gürcüstanın “Kavkazus Onlayn” şirkəti NEQSOL holdinqlə bağladığı müqaviləni təktərəfli qaydada poza bilməz.
Bunu Axar.az-a NEQSOL-a satdığı səhmlərini sentyabrın 20-dək geri qaytarması ilə bağlı “Kavkasuz Onlayn” şirkətinə qoyulan tələbi şərh edən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O bildirib ki, iki ölkə arasında investisiyaların qarşılıqlı qorunması haqqında müqavilə var:
“Azərbaycan şirkətinin bu səhmləri satın alması Gürcüstan üçün xarici investisiyadır və ölkəmiz orada xarici investor kimi çıxış edir. Bu problem investisiya mübahisələrinin həlli üzrə beynəlxalq mərkəzə (ICSID) qədər gedə bilər. Gürcüstan və Azərbaycan arasında investisiyaların qarşılıqlı qorunması haqqında müqavilə var. Həmin müqaviləyə əsasən ölkəmiz orada xarici investor kimi çıxış edir. Bizim ölkəmizin şirkəti səhmləri satmasa, onlar yerli məhkəməyə müraciət edəcək. Azərbaycan tərəfi isə buna etiraz edərək, məsələnin beynəlxalq arbitajda baxılmasını tələb edə bilər”.
Məsələ ilə bağlı saytımız NEQSOL holdinqə sorğu göndərib.
Qeyd edək ki, Gürcüstanın “Kavkazus Onlayn” şirkəti səhmlərini Azərbaycanın NEQSOL kompaniyasına satdığı üçün 270.000 lari cərimə edilib və sentyabrın 20-nə qədər aksiyaları əvvəlki vəziyyətinə qaytarmaq tələbi qoyulub.
“Kavkazus Onlayn” şirkətinin səhmlərinin Azərbaycan şirkəti tərəfindən alınması olduqca mühüm strateji addımdır. Təsadüfü deyil ki, bu alğı-satqıdan sonra Ermənistanda panika başlayıb.