Dağ və meşələrimizdə erməni balalarına hərbi təlim keçirilməyə başlandı...-FOTOLAR

21-08-2020, 20:48           
Dağ və meşələrimizdə erməni balalarına hərbi təlim keçirilməyə başlandı...-FOTOLAR
"Bizim bu tərpənişimizlə hələ bu gün səthi bir təlim keçən bu balaca erməni dığaları da 5-6 ildən sonra oğul və nəvə-nəticələrimizi hədəf alacaqlar..."

"Biz gecikdiyimizi tam dərk etməyincə düşmənlərimiz torpaqlarımızı tərk etməyəcək..."

İşğalçı ermənilər Azərbaycanın işğal altındakı Xocalı rayonunun dağlıq ərazisində qurduqları çadır düşərgədə uşaq və yeniyetmələr üçün hərbi vətənpərvərlik təlimləri keçməyə başlayıb.

Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, “Patara” adlandırılmış Badara kəndi yaxınlığındakı meşəlikdə ”Gənc müdafiəçi-2020” aksiyası keçirilir.

Tədbir qondarma rejimin qanunsuz “hərbi vətənpərvərlik, gənclik, idman və turizm nazirliyi”nin maliyyəsi və “Kiokuşin karate”, “Uşu federasiyası” və s. idman və gənclər təşkilatlarının təşkilatçılığıyla icra olunur. Təlimlərdə erməni balalarına atıcı silahlardan atəş açmaq, döyüş taktikası və s. hərbi biliklərin ilkin əsasları anladılır.

P.P.S. Ermənilər belə vətənpərvərlik aksiyalarını on illərdir hər yaz-yay keçirirlər... Və onların, qondarma da olsa, başlığında “hərbi vətənpərvərlik” söz birləşməsi olan “nazirliyi” var...



P.S. Bizim bu tərpənişimizlə hələ bu gün səthi bir təlim keçən bu balaca erməni dığaları da 5-6 ildən sonra bizim gənclərimizi, oğul və nəvə-nəticələrimizi, eləcə də dinc sakinlərimizi hədəf alacaqlar... Biz gecikdiyimizi tam dərk etməyincə düşmənlərimiz torpaqlarımızı tərk etməyəcək...

Sultan Laçın















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.