Türkiyə Rusiyadakı Türk Respublikalarını da ələ keçirərək Turan Birliyi qurmaq istəyir - Jirnovski yenə də Türkiyəyə kin "qusdu"

23-08-2020, 08:26           
Türkiyə Rusiyadakı Türk Respublikalarını da ələ keçirərək Turan Birliyi qurmaq istəyir - Jirnovski yenə də Türkiyəyə kin "qusdu"
Rusiyalı siyasətçi Vladimir Jirinovski ölkəsində qatıldığı bir televiziya proqramında Türkiyənin Rusiyadakı Türk Respublikalarını alıb Turan Birliyi qurmaq istədiyini iddia edib.

Avropa.info xəbər verir ki, Jirnovski Türkiyənin bir türk hakimiyyəti quraraq, dünyanı idarə etmə istəyində olduğunu bildirib.

"Türkiyənin Rusiya torpaqlarında gözü var. Ankara Rusiyadakı Türk Respublikalarını alaraq Turan Birliyi qurmağı hədəfləyir. Mən SSRİ ordusunda olduğum zaman Türkiyə ordusu ilə bağlı çalışmalarım oldu. Hamımız Türkiyənin 3-cü ordu korpusundan danışırıq. Çünki Qafaqaza girə biləcək ordu budur. İlk şərtlər yetişincə Qafqaza girməyi planlayırlar. Türklər 2-ci Dünya Müharibəsindən sonra planlarını təxirə salma məcburiyyətində qaldı. Amma hər zaman Rusiyadakı Türk Respublikalarını və Qafqazı almağı planlayır.

Türkiyə Bəşər Əsədə dəstək verdiyimiz üçün bizə qarşı əsəbidir. Çünki, Türkiyənin Suriyada hakimiyyəti dəyişməsinə biz mane olduq. Türkiyə Əsədi devirsəydi Qətər qazı Suriya və Türkiyə üzərindən Avropaya gedəcəkdi. Bu vəziyyətdə Avropa əsla bizdən qaz almazdı və qaynaqlarımız Rusiyada qalıb paslanardı. Türkiyə isə zənginləşərək tamamilə Yaxın Şərqə hakim olardı" - Jirnovski belə deyib.

Avropa.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.