Haftarın adamı meydan oxudu: Hücuma keçirik!

24-08-2020, 08:36           
Haftarın adamı meydan oxudu: Hücuma keçirik!
Liviya qüvvələri (qiyamçı Xəlifə Haftar ordusu nəzərdə tutulur - red.) Sirtə hücumla bağlı qərar qəbul edib.

Axar.az xəbər verir ki, bunu qiyamçı Liviya Milli Ordusunun sözçüsü Əhməd Mismari deyib.

“Atəşkəs razılaşması Liviya rəhbəri Fayez Sərracın olayları pərdələmək cəhdidir. Sərrac manipulyasiya etməklə məşğuldur. Bizim hərbi qüvvələrimiz hazırda döyüş mövqelərindədir”, - Mismari bildirib.

Qeyd edək ki, Liviya Milli Hökumətinin rəhbəri Fayez Sərrac ölkədəki hərbi qüvvələrə bütün əməliyyatları dayandırmaqla bağlı göstəriş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru