ABŞ Çin tələbindən geri çəkildi - Lavrovdan cavab

24-08-2020, 08:38           
ABŞ Çin tələbindən geri çəkildi - Lavrovdan cavab
Strateji Hücum Silahları Müqaviləsi ilə bağlı danışıqların nə ilə nəticələnəcəyini bilmirik, lakin ABŞ-ın Çinin iştirakı ilə bağlı təkid etməyəcəyinə ümid edirik.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Əgər amerikalılar Çini təkid etmək kimi mümkünsüz tələblər irəli sürsələr, qəbul etməyəcəyik. Biz Çinin mövqeyinə hörmət edirik", - deyə Rusiya XİN rəhbəri bildirib.

Qeyd edək ki, Strateji Hücum Silahları Müqaviləsinin (SHSM) vaxtı növbəti ilin fevralında bitir. ABŞ artıq Çinin də danışıqlarda iştirakı tələbindən imtina etdiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru