Rusiyanın gizli hərbi fəaliyyəti: Ermənistan belə silahlandırılır - FOTOLAR

24-08-2020, 10:43           
Rusiyanın gizli hərbi fəaliyyəti:
“Rusiya Ermənistanı gizli şəkildə silahlandırmağa davam edir. Bu azmış kimi İrəvandakı Zvartnos aeroportundan Suriya və Küveytə gizli şəkildə silah-sursat və hərbi texnika yollamaq üçün də istifadə edir”.
Teleqraf.com xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu məlumat verib.

O, ötən gün Rusiyadan adıçəkilən həmin ölkələrə daha bir reysin baş tutduğunu bildirib:

“Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus “İl-76TD” və “An-30” yük təyyarələri Suriyanın Latakiya bölgəsindəki Xmeymim aerodromuna, Küveytə uçan təyyarələrsə Əl Küveytdəki hərbi aerodroma enirlər.

Beyrutda isə Ermənistanın emissarları çox fəallaşıblar. Onlar üç fransız diplomatla birlikdə çalışırlar”.

Rusiya hərbi-nəqliyyat təyyarələrinin Ermənistan, Suriya və Küveytə gizli uçuşlarının marşrut xəritələri:















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru