"Kimlərsə nəinki qanunu, eyni zamanda daşımalı olduqları mənəvi məsuliyyəti unudublar" - Əflatun Amaşov "toy olayı"ndan DANIŞDI

24-08-2020, 18:46           
"Kimlərsə nəinki qanunu, eyni zamanda daşımalı olduqları mənəvi məsuliyyəti unudublar" -
Hər bir şəxs mövqeyindən, vəzifəsindən asılı olmayaraq qanun qarşında bərabərdir. İndiki həssas məqamda vəzifəli və cəmiyyətdə ictimai nüfuzu olan şəxs və ya şəxslər üçün qanunlara riayət həm də mənəvi məsuliyyət məsələsidir.

Son günlər cəmiyyətin reaksiyasını doğuran, belə demək mümkünsə, "toy olayı" kimi səciyyələndirilən hadisə onu deməyə əsas verir ki, kimlərsə nəinki qanunu, eyni zamanda daşımalı olduqları mənəvi məsuliyyəti unudublar. Koronavirus infeksiyası ilə bağlı elan edilmiş xüsusi karantin rejiminin şərtlərinə bu sayaq etinasızlıq da haqlı olaraq ölkə ictimaiyyətində narazılıq doğurur.

Hesab edirəm ki, bu, hər kəsin ciddi nəticə çıxarmalı olduğu olaydır. Prezident İlham Əliyevin bu gün Biləsuvar və Saatlı rayonlarına yeni təyin etdiyi icra hakimiyyəti başçılarını qəbul edəndə vurğuladığı kimi, qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır.

Əflatun Amaşov
Mətbuat Şurasının sədri












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.