Aİ Aleksey Navalnı ilə bağlı vəziyyətin araşdırılmasını istəyir

25-08-2020, 07:11           
Aİ Aleksey Navalnı ilə bağlı vəziyyətin araşdırılmasını istəyir
Avropa İttifaqı rusiyalı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi ehtimalı ilə əlaqədar vəziyyətin dərhal və şəffaf şəkildə araşdırılmasına çağırıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrelin açıqlamasında deyilir.

“Rusiya hakimiyyətinin dərhal müstəqil və şəffaf şəkildə araşdırmalara başlaması vacibdir”, - deyə açıqlamada qeyd olunur. Borrelin sözlərinə görə, dünyada və Rusiya Federasiyasında faktları bilmək istəyirlər.
“Berlindəki “Charite” xəstəxanasında götürülən ilkin analiz nəticələri Aleksey Navalnının zəhərləndiyini göstərir. Navalnının müalicəsi üçün xəstəxanaya minnətdarıq və onun tez sağalmasını arzulayırıq”, - sənəddə belə deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru