Eynulla Fətullayevdən SƏRT SÖZLƏR: - "YAP nəhayət Siyavuş kimi murdar qaraguruhçu qüvvələrdən təmizlənir"

25-08-2020, 15:43           
Eynulla Fətullayevdən SƏRT SÖZLƏR: -
Eynulla Fətullayevdən SƏRT SÖZLƏR:
“Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olsaydı ona böyük və bahalı gül dəsti göndərərdim. Amma indi Mehdiyev vəzifədə deyil. Ona heç səməni də düşmür...”.

Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Eynulla Fətullayev deyib.

E.Fətullayev əlavə edib: “Hərdən çox utanıram ki, belə cəmiyyətdə yaşayıram!”.

Jurnalist 21 il öncə Yeni Azərbaycan Partiyasından xaric edilməsi məsələsinə də toxunub: “Həyatımız çox rəngarəng, metamorfozlarla zəngindir. Düz 21 il bundan öncə Əli İnsanovun qruplaşmasının təhriki ilə azad fikirlər səsləndirdiyimə və sərbəst düşüncəmə görə Siyavuş Novruzovun sədrliyilə YAP-da mənə töhmət elan olundu, sonra isə uzun illər ərzində çalışdığım partiyadan xaric edildim. O zaman məni yalnız Sirus Təbrizli və Əli Nağıyev dəstəklədilər. Səbəb? 1999-cu ildə mən Ayaz Mütəlibova eks-prezident statusunum verilməsini və ehtiramla Bakıda yaşamasını təklif etmişdim, milli barışığa çağırmışdım... AXC qaraguruhu tərəfindən devrilmiş Mütəllibov bu gün Bakıda eks-prezident statusunda yaşayır. YAP isə yenilənəcək, sivil partiyaya çevriləcək və nəhayət Siyavuş kimi murdar qaraguruhçu qüvvələrdən təmizlənir! Allah Sirus Təbrizliyə rəhmət eləsin. Nə yazıq ki, o bu günü görmədi!”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru