Yoxa çıxdığı deyilən ombudsman danışdı: - “Fəaliyyətimizi davam etdiririk”

28-08-2020, 16:32           
Yoxa çıxdığı deyilən ombudsman danışdı: -
“Ombudsman Aparatı işini davam etdirir. Necə ola bilər ki, Ombudsman fəaliyyətini dondursun?!”.

Bu fikirləri Modern.az-a Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva mətbuatda fəaliyyətini dondurulması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Ombudsman elə bu gün rəsmi görüşdən çıxdığını da bildirib:

“Bir neçə saat bundan qabaq Avropa İttifaqının nümayəndələri ilə onlayn görüşümüz olub. Görüş az öncə bitib. Fəaliyyətimizi davam etdiririk".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru