Jeff Bezos-un varidatı 200 mlrd. dolları keçdi - REPLİKA

29-08-2020, 04:23           
Jeff Bezos-un varidatı 200 mlrd. dolları keçdi - REPLİKA
Gömrük Komitəsinin son açıqlamasında aşağılayıcı tonda "işbaz" sözü işlədilib. Ümumiyyətlə, bir çox məmurların dilində alverlə, bizneslə məşğul olan vətəndaşlara qarşı "işbaz" sözü aşığılayıcı mənada işlədilir.
Çünki, beyin olaraq sovetlərdə qalıblar, düşüncə olaraq sovetdilər və bu yaş məsələsi deyil, dünya görüşü məsələsidir. Əslində işbaz əla sözdü - işini sevən, iş görən deməkdir, kaş ki, bizim məmurlar da işbaş olub öz işlərini pula-rüşvətə görə deyil də, işdən həzz aldıqları üçün sevərdilər.
Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli yazıb.Daha sonra Natiq Cəfərli yazır:
Bu gün internet üzərindən alış-veriş edən işbazın, Jeff Bezos-un varidatı 200 mlrd. dolları keçdi, dünyada ilk dəfə kimsə rəsmən bu həddə çatıb. Jeff müəllim Amazonu Azərbaycanda qursaydl Gömrük Komitəsi onu "işbaz" adlandırardı, "Bandotdel" isə onu "padvala" salıb, "nə yemusən turşulu aş", deyərək çırpıb əlindən bütün səhmlərini alardı.
Sonra da deyirlər ki, bizdə niyə biznes inkişaf etmir, atam, imkan verirsiz ki?! İş görənə, işini sevənə "işbaz" deyib təhqir edirsiniz, mane olursuz, bütün təşəbbüsləri beşikdəcə boğursuz...
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru