Cəmiyətimizi, xalqımızı maraqlandıran əsas məsələ- bu silahlarla torpağımızı nəhayət nə vaxt azad edəcəyik?

30-08-2020, 08:14           
Cəmiyətimizi, xalqımızı maraqlandıran əsas məsələ- bu silahlarla torpağımızı nəhayət nə vaxt azad edəcəyik?
"Nezavisimaya Qazeta" resursunda dərc edilmiş, "Şoyqu münaqişələrin qarşısının alınmasının yeni yolunu tapıb", başlıqlı yazıda Şoyqunun Bakı səfəri, Rusiya ilə Azərbaycanın hərbi əməkdaşlıq aspektləri, Azərbaycanın Rusiyadan son illər silah satınalınmaları və perspektivləri qiymətləndirilir.(link:https://nvo.ng.ru/realty/2020-08-28/1_1106_games.html?fbclid=IwAR3IJKEq_t1VWEo2dEZC_RPycdUmWJP6NINBk_vboEy7eB7TNQloa8i1XlE)
Məqalədə, Azərbaycanın son 10 ildə Rusiyadan təxminən 5 mlrd-lıq silah və texnika aldığı və prezident İ.Əliyevə istinadən, bunlardan 3 mlrd-lıq artıq verildiyi, daha 2 mlrd-lıq veriləcəyi deyilir. Azərbaycan MN-nin rəsmi məlumatına istinadən, hazırda MiQ-35, Su-35 təyyarələrinin alınması müzakirə olunduğu bildirilir.
Davamında, başlığa çıxarılan "yol" qısa ifadə olunur, "Moskva regionda balanslaşdırılmış siyasət aparır. Ermənistana və Azərbaycana müasir silahların verilməsi qüvvələr balansını saxlamağa imkan verir və bununla, tərəflərdən heç birinə genişmiqyaslı hərbi əməliyatlara başlamağa imkan vermir".

Bu "yol" bizim üçün yenilik deyil, təbii. Lakin hərbçi kimi əminliklə bildirirəm ki, Rusiyanın tərəflər arasında saxlamağa çalışdığı hərbi paritet Qarabağı azad etmək üçün keçilməz sədd deyil. Strateji üstünlük isə Azərbaycandadır.

Rusiya ilə ABŞ, NATO təyyarələrini, hərbi texnikasını müqayisə etməkdən də uzağam. Silahları taktiki-texniki göstəricilərinə görə müqayisə etmək- iki təamı hazırlanma reseptinə görə müqayisə etmək kimi şeydi.
Müasir silahlarda elə funksional və fərq üstünlüyü yoxdur ki, bütün döyüş situasiyalarında taktiki-texniki, texnoloji üstünlüyü döyüşdə birinə o biri üzərində 100%-lik qələbə təmin eləsin. Hər şey silahı tətbiq edən komandirin savadından və silahının güclü və zəif tərəflərini öyrənib, döyüşdə onlara uyğun istifadə bacarığından asılıdır.
Sabah müharibə vaxtı silah istehsalçısının "kodlara malik olduğuna görə texnikanı "söndürməsi" və s. söhbətlər də reallıqla əlaqəsi olmayan komplo teorilərinə aiddir. Heç bir ölkə, nə ABŞ, nə Rusiya, nə başqası satdığı silahı "söndürə" bilmir. Necə ki, əlinizdəki telefonu istehsalçı söndürə bilmir, kodları isə özünüz qoyursuz.
Bundan başqa, silah satınalınmaları kompleks məsələdir, çox aspektlərdən asılıdır. Buna mütəxəssis rəyi vermək üçün gərək işin tam içində olasan.
Bu izahı verməkdə məqsədim, səmərəsiz, əsas mətləbdən, gücümüz çatan işlərdən bizi yayındıran məsələlərə vaxt, güc sərf etməməkdir. Hələ "rus ya NATO silahları alınmalıdır" mübahisələri üzərindən siyasi bölücülük, fb-qırğınları lap absurddu.

Cəmiyətimizi, xalqımızı maraqlandıran əsas məsələ- bu silahlarla torpağımızı nəhayət nə vaxt azad edəcəyik?
Bu haqda növbəti statusda.
Nazim Bayram
hərbi ekspert
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.