“Çin nüvə potensialını ikiqat artırır, ona çatmalıyıq” – Pentaqon başçısı

31-08-2020, 07:42           
“Çin nüvə potensialını ikiqat artırır, ona çatmalıyıq” – Pentaqon başçısı
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə naziri Mark Esper hesab edir ki, təcili olaraq Birləşmiş Ştatların nüvə güclərini artırmaq lazımdır - Çinin artan hərbi potensialına qarşı dura bilmək üçün.

«Kommunist Çini özünün nüvə potensialını ikiqat artırmağa yaxınlaşdığı bir vaxtda bizim üçün birinci dərəcəli vəzifə nüvə güclərini modernləşdirməkdən və Hind-Sakit okean bölgəsinin azad və açıq qalması üçün onun hazır vəziyyətdə saxlanmasından ibarətdir» - Esper «Tvitter»də yazıb.

Hazırda Esper bölgədə turnedədir və dost ölkələrin liderləri ilə görüşlər keçirir. Bundan əvvəl xəbər verilmişdi ki, Quam adasında Pentaqon başçısı Yaponiyanın Müdafiə naziri Taro Kono ilə görüşüb. Tərəflər Hind-Sakit okean bölgəsində beynəlxalq hüquqa və alyans qurulmasına əsaslanan düzəni müzakirə ediblər.

Bundan əvvəl Esper Cənubi-Çin dənizində vəziyyəti gərginləşdirməkdə Çin Xalq Respublikasını günahlandırıb.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru