Kuşnerin gizli planı: daha bir ölkəni İsraillə yaxınlaşdırır
31-08-2020, 08:32
ABŞ Prezidenti Donald Trampın müşaviri Cared Kuşner Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmana gələn ay Vaşinqtonda keçirilməsi nəzərdə tutulan BƏƏ-İsrail razılaşmasının imzalanması mərasimində iştirak etmək üçün təzyiq göstərir.
Axar.az xəbər verir ki, bu iddia ilə İsrailin "Yediot Ahronot" qəzeti çıxış edib.
Qəzet bildirir ki, Kuşner bu yolla Səudiyyəni də İsraillə əlaqələri normallaşdırmağa razı salmağa çalışır.
"Kuşner çalışır ki, Salman BƏƏ-yə bir heyət göndərsin və orada İsrail təmsilçiləri ilə görüş keçirilsin", - məlumatda qeyd edilib.