Alimpaşa Məmmədov ilə Ramiz Mehdiyevin fərqi... Ona o mükafatdan niyə düşmür...?

31-08-2020, 11:32           
Alimpaşa Məmmədov ilə Ramiz Mehdiyevin fərqi...
Ötən gün Şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun karantin qaydalarını kobudcasına pozmasını təsdiqləyən videogörüntü yayıldı. Və işıq sürətilə Alimpaşa yoldaş hərəkətə keçərək videonu saytdan (Alimpaşadan daha sürətli olan mətbuatçılar bu videonu yükləyə bilibər) yığışdırdı.

Açığı belə halların uzun illərdir şahidiyəm və artıq təəssüflənə bilmirəm. Dünən Əlipaşa, bu gün Alimpaşa, sabah Məmmədpaşanın karantin qaydalarını pozaraq kef, toy, hamam, qəlyan, masaj və sairə məclislər təşkil etməsinə qətiyyən şübhə etmirəm. Amma onlardan hansının hansı cəza alacağını da dəqiq demək olmur. Gözəlim Azərbaycanda hər an hər şey baş verə bilir. Cəza da ola bilir, olmaya da bilir. Sərt də ola bilirlər, olmaya da.

Amma burda olduqca qəribəfason bir məqam var ki, gərək onu deyək. Deyək ki, sən demə Alimpaşa Məmmədov Ramiz Mehdiyevdən bir az daha güclü fiqur imiş. Bunu son günlər Ramiz Mehdiyevin ətrafında baş verənlərlə, Alimpaşanın kef məclisinə istər rəsmi, istərsə də həmişə dil-dil ötən millət vəkillərinizin susqunluğu və paşanın cəzasız qalması subut edir.

Alimpaşa Məmmədov və ya Ramiz Mehdiyev? Hansı bu dövlət üçün əhəmiyyətli dərəcədə ciddi fiqur imiş? Sən demə Alimpaşa Məmmədov.

26 il Azərbaycan dövlətinin Administrasiya rəhbəri işləmiş, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev” ordeni ilə təltif edilmiş Ramiz Mehdiyev cəzalanır, əmma Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun adı belə çəkilmir. İcazə versəydiz mən Alimpaşanın adını bundan sonra PAŞA olaraq yazılmasını təklif edərdim.

Axı qanunlar hamı üçün eynidirsə, o zaman buyurun cənablar Alimpaşa (PAŞA) yoldaş karantin qaydalarını pozub, yeyib-içmək məclisi qurub və maskasız (hərdən masqa da yazırlar) kəllə ilə görüşüb, 2 metr məsafəni gözləməyib və sairə. Düşünmək belə adamın beynini deşir. Odur ki, məncə güclü və sədaqətlidirsə o zaman nədən Alimpaşaya o böyük mükafatdan düşmür?

Ramiz Mehdiyevin nəvəsinin toy mövzusunu günlərdir gündəmdən düşməyə imkan vermilər. Alimpaşa Məmmədov isə cəmi 10 dəqiqə gündəmdə qaldı. İndi siz deyin - hansı daha güclü imiş - Alimpaşa Məmmədov yoxsa Ramiz Mehdiyev? Sual açıq qalır...

Ədil Hüseynli
Bizimxeber.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.