“İqtidarla müxalifətin ən yüksək səviyyədə görüşü...”

31-08-2020, 12:04           
“İqtidarla müxalifətin ən yüksək səviyyədə görüşü...”
"İqtidarla müxalifətin ən yüksək səviyyədə görüşü çox faydalı olardı”.

Bunu Qaynarinfo-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib. O bildirib ki, bir müddətdir ki, ölkə başçısının partiya liderləriylə görüşəcəyi barədə söhbətlər gündəmdədir:

"Hələ Prezident Administrasiyasının Siyasi Partiyalarla və Qanunvericilik Hakimiyyəti ilə Əlaqələr Şöbəsinin rəhbəri partiyalarla görüşündən sonra bu barədə ciddi müzakirələr getdi. Mən də düşünürəm ki, ölkənin yaşadığı hazırkı qarışıq zamanda, iqtidar daxilində 5-ci kalonun fəaliyyətindən söhbət getdiyi bir zamanda iqtidarla müxalifətin ən yüksək səviyyədə görüşü və durum dəyərləndirməsi çox faydalı olardı. Həmçinin belə bir görüş demokratik münasibətlərin formalaşması istiqamətində gözəl nümunə yaradardı”.

Partiya başqanı qeyd edib ki, iqtidar-müxalifət - xalq həmrəyliyinin yaranması və hər şey Azərbaycan üçün prinsipi ətrafında birləşməyin zamanıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru