Əli Həsənova cinayət işi açılıb - Türkiyəyə zəng...

1-09-2020, 09:12           
Əli Həsənova cinayət işi açılıb -
Əli Həsənova cinayət işi açılıb
"Vüqar Səfərlinin və bir sıra jurnalistlərin, sayt rəhbərlərinin, keçmiş dostlarının ifadələri əsasında Respublika Prokurorluğunda Azərbaycan prezidentinin keçmiş köməkçisi Ali Hasanova Azərbaycan Respublikası CM-nin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələrilə cinayət işi açıblar".

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalist Fikrət Hüseyinli öz "Facebook" səhifəsində paylaşıb.

Jurnalistin bildirdiyinə görə, bu gün Həsənovun Türkiyədə olduğu xəstəxanayla əlaqə yaradılıb, onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib: "Həsənova deyilib ki, yaxın müddət də geri dönməsə, Türkiyədən harasa qaçmağa cəhd göstərsə, bildiyi kompramatları kənara ötürməyə çalışsa, haqqında beynəlxalq axtarış elan ediləcək. Qolu qandallı Azərbaycana gətiriləcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru