Livan ermənilərinin Qarabağa köçü - VİDEO

2-09-2020, 00:09           
Livan ermənilərinin Qarabağa köçü - VİDEO
Ermənistanda hökumət Beyrutda baş verən partlayışdan zərər çəkən 100-150 min ermənini işğal etdiyi Azərbaycan torpaqlarında yerləşdirməyə başlayıb. Hətta bu rəqəm 200 minə qədər də arta bilər. Türkiyənin bəzi agentliklərində bu məsələ bir müddətdir ki, manşetdədir.

Ermənistan bundan əvvəl suriyada baş verən ixtişaşlardan istifadə edərək eyni addımı bir neçə dəfə atıb. 9 il ərzində on minlərlə suriya vətəndaşı olan erməni Qarabağ və ətrafındakı rayonlara yerləşdirilib.

Ermənistan bunu gizlətməyə çalışsa da faktlar qarşısında aciz qalıb. Lakin buna görə heç bir cəza və ya etirazla da üzləşməyib. Vaxtaşırı ATƏT-in Minsk qrupu qarşısında bu məsələ qaldırılsa da nəticəsi elə ATƏT-in Minsk qrupunun fəaliyyəti kimi sıfıra bərabər olub.

İndi Livan ermənilərini Azərbaycan torpaqlarında yerləşdirən Ermənistan, bununla bir neçə planını həyata keçirməyə çalışır. İlk iş tarixi saxtalaşdırmaqdır. Amma köçün digər məqsədləri də var...

Qarabağa böyük köçün arxasındakı məqsədlərdən biri də təmas xəttində yaranacaq gərgrinlikdə mülkü vətəndaşları önə verməkdir.

YPG, PKK, İŞİD kimi teror təşkilatlarının özünü müdafiədə əsas istiqaməti məhz budur. Onlarla mübarizə aparan ölkələrə atəş və zərbələr məhz mülki vətəndaşların arasında gizlənilərək edilir. Hədəf vurulduqda isə dünyaya “mülki vətəndaşlar öldürülür”- deyə, bar-bar bağırmağa başlayırlar. Deməli, Livan və Suriyadan Qarabağa yerləşdirilən ermənilər də əslində bir qoruyucu mülki vətəndaş səddi funksiyasını yerinə yetirirlər.

Beynəlxalq təşkilatlar hələ ki, susmaqla məşğuldur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.