Ramiz Mehdiyev də dəyişiklik istəyir

2-09-2020, 12:57           
Ramiz Mehdiyev də dəyişiklik istəyir
Xatırlayırsınızsa, hakimiyyət dəyişikliklərinə 3 şərtin zəmin yaratdığını yazmışdım. Təkrar edirəm:
1. Cəmiyyətdə hər kəs dəyişiklik istəməlidir.
2. Hər kəs özünün dəyişməsinə nail olmalıdır.
3. Dəyişikliyi idarə edən liderlər meydana çıxmalıdır.
İndi baxın görün, Ramiz Mehdiyev son məktubunda nələr yazır: "ziyalıların konyuktura uyğun formalaşdırılması ənənəsinin kökü kəsildikcə, tədricən azad, öz baxışı və iradəsi olan yaradıcı nəsillər yetişəcəkdir. Belə dəyişikliklər zaman məsələsidir və onlar mütləq baş verəcək. Təbii ki, bu o demək deyil ki, cəmiyyətimiz əl-qolunu sallayaraq fəaliyyətsiz qalmalı və yeni dövrün intizarını çəkməlidir. Cəmiyyətimiz təfəkkürünü islah etmək, mədəniləşmək, mənəviyyatını saflaşdırmaq, intellektini artırmaqla özü bu dövrü yaxınlaşdırmalıdır. Müqəddəs Qurani-Kərimdə buyurulduğu kimi: “Hər hansı bir qövm öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz”. (Rəd surəsi, 11-ci ayə)”.
Deməli, hətta ölkəni bərbad günə salan Ramiz Mehdiyev də dəyişillik istəyir və hər kəsi özünü dəyişməyə çağırır.
Qubad İbadoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru