Məzahir Pənahov yola salınır: Sayılı günlər qaldı

3-09-2020, 16:18           
Məzahir Pənahov yola salınır:
Milli Məclisin payız sessiyasında Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşdırılacaq.

Yenisabah.az xəbər verir ki, MSK-nın hazırkı tərkibinin müddəti payızda başa çatır. Məlumat üçün deyək ki, MSK-nın tərkibi 18 üzvdən ibarətdir. Qurumun bütün üzvləri Milli Məclis tərəfindən seçilir.

Seçki Məcəlləsinə əsasən, Komissiyanın 6 üzvü Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü bitərəf deputatları, 6 üzvü isə parlamentdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

Məlumata görə, bu dəfə MSK-nın sədri Məzahir Pənahov da əvəzlənə bilər. O, artıq 20 ildir ki, quruma sədrlik edir.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da Yenisabah.az-a bildirib ki, hazırkı tərkibin müddəti payızda başa çatır və Milli Məclisin payız sessiyasında bu məsələyə baxıla bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru