Minskdə növbəti etiraz aksiyası, saxlanılan var

4-09-2020, 08:16           
Minskdə növbəti etiraz aksiyası, saxlanılan var
Cümə axşamı günü Belarusun paytaxtı Minskin Müstəqillik meydanında müxalifətin növbəti etiraz aksiyası keçirilib. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

Toplaşanlar arasında əsasən qızlar və qadınlar olub. Milis əməkdaşları tədbirin icazəsiz keçirildiyini bildirərək toplaşanları dağılışmağa çağırsa da, aksiyanın qarşısını almayıb.

Saat 21:00 radələrində etirazçılar Müstəqillik meydanından Respublika sarayı istiqamətində gedib. Engels küçəsində nömrəsiz gümüşü mikroavtobusdan düşən mülki geyimli şəxslər bir gənci nəqliyyat vasitəsinə əyləşdirərək aparıblar. Mikroavtobus Lenin küçəsinə dönüb.

Toplaşanlar mikroavtobusu təqib etməyə cəhd edib, sonra yürüş yenidən Qələbə meydanına doğru davam edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru