Mahmud Abbas BƏƏ barəsində bilinməyən iddia səsləndirdi
4-09-2020, 11:05
Eastnews.org-un verdiyi xəbərə görə, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas Birləşmiş Ərəb Əmirliklərini tənqid edib.
O, açıqlamasında bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri İsrail rejimi ilə kəşfiyyat məlumatlarını da bölüşür.
"Onlar sanki 40 illik müttəfiq kimi hərəkət edirlər. Sadəcə indi rəsmi olaraq diplomatik münasibətləri normallaşdırdılar", - deyə Mahmud Abbas diqqətə çatdırıb.
Mahmud Abbas qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri işğalçı İsrail rejimi ilə yaxınlaşaraq Fələstin xalqına sanki zəhərli xəncər ilə zərbə vurmuş oldu.