NATO donanması Qara dənizdə nə edir? - Şoyqu

6-09-2020, 10:32           
NATO donanması Qara dənizdə nə edir? - Şoyqu
Qeyri-regional güclərin donanmaları demək olar ki, daim Qara dənizdədir.

Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib.

“NATO-nun donanması Qara dənizdədir. Üstəlik, orada bölgədən kənar güclərin donanma və gəmiləri də var və bu davamlı hala gəlib. Aydındır ki, biz müşayiət edirik. Bəs onlar orada nə edirlər? Təbii ki, biz ölkəmizin təhlükəsizliyi üçün hər şey edirik", - o deyib.

Qeyd edək ki, daha öncə NATO Baş katibi Yens Stoltenberq təşkilatın Qara dənizi strateji bir bölgə hesab etdiyini və burdakı mövcudluğunu gücləndirmək niyyətində olduğunu söyləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru