Keçmiş deputat İlham Əliyevin "kefim yaxşıdır ..." açıqlamasının səs yazısı - AUDİO
6-09-2020, 18:11
Xəbər verdiyimiz kimi, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alan Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün azadlığa çıxdı. Yeniavaz.com xəbər verir ki, sabiq deputat həbsdə olarkən haqqında yazılan, "kefim yaxşıdır ..." xəbəri ilə bağlı danışdı. Bildirdi ki, əgər iki gün ərzində onun o sözümün audio yazısını verilməsə, o həmin sayı cəzalandıracaq: "Çünki, deyilməyən sözə görə insanı cəmiyyət qarşısında alçaltmaq və nüfuzdan salmaq şərəfsizlikdi. Şərəfsizlik isə cəzalandırılmalıdır”. Həmin xəbəri yayan Demokrat.az saytı məlum səs yazısını yayıb. İlham Əliyevin sözügedən açıqlamasının səsyazısını təqdim edirik: