Qadınların Kolesnikovaya dəstək aksiyası - Fotolarda
9-09-2020, 08:34
Ötən gün Belarusun paytaxtı Minskdə qadınlar Belarus Müxalifətinin Koordinasiya Şurasının üzvü Mariya Kolesnikovaya dəstək məqsədilə aksiya keçiriblər.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, Kolesnikovadan əvvəlcə xəbər alınmasa da, daha sonra onun saxlanıldığı məlum olub. Belə ki, müxalifət liderinin Ukrayna ilə sərhədi qanunsuz keçərkən saxlanıldığı bildirilib. Mariya Kolesnikova ilə həmrəylik nümayiş etdirən qadınlar Minskdə küçələrə çıxıb.